Bakı-Həştərxan aviareysi gecikir

ÖLKƏ
10:57 / 23.12.2023
321

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 08:05-də Bakıdan Rusiyanın Həştərxan şəhərinə yerinə yetirməli olduğu reys gecikir.

HİT.az xəbər verir ki, bu barədə report-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, gecikməyə səbəb Həştərxan hava limanında hava şəraitinin əlverişsiz olmasıdır. Bakıdan uçuş gecikdiyi üçün təyyarənin Həştərxandan saat 10:40-da nəzərdə tutulan geri dönüşü də gecikəcək.

0