Bayram süfrəsi bir ailəyə neçəyə başa gəlir? - QİYMƏTLƏR/VİDEO

ÖLKƏ
09:41 / 25.12.2023
364

Bayram süfrələrini hazırlamaq üçün “yaxşı bazarlıq” etmək vacibdir. Maraqlıdır, Azərbaycanda orta statistik ailə üçün Yeni il süfrəsi neçəyə başa gəlir?

Orta statistik dörd nəfərlik ailə bayram süfrəsini standart yeməklər - salat, dolma, plovla bəzəmək istəyirsə ən azı 100 manat ödəməlidir. Əlavə xərclər meyvə, pomidor, xiyar, şirə, çərəz, tort üçün isə 50-70 manata qədər xərc çəkmək tələb olunur.

Qiymətlərə gəldikdə, bazarda ərik 11-15 manat, albuxara 8-10 manat, ədviyyatın qiyməti isə çeşidinə görə dəyişir. Kənd toyuğunun kiloqramı 9 manatdan təklif olunur. Kərə yağının isə kiloqramı çeşidinə görə 18-23 manat arasında dəyişir. Bayram ərəfəsində balıq bazarında da canlanma var. Qiyməti isə dörd manatdan başlayır və 45 manatda yekunlaşır.

Daha ətraflı süjetdə:

 

0