Bu qış ölkəmizə qar yağacaq? - AÇIQLAMA 

ÖLKƏ
15:28 / 25.12.2023
443

Bu payız fəsli və dekabr ayı mülayim keçdi.

Hətta həftələrin böyük əksəriyyəti havanın temperaturu gözləniləndən yüksək idi. Bu isti havanın qışın ən soyuq ayları olaraq xarakterizə edilən yanvar və fevral aylarında davam edib-etməyəcəyi maraq doğurur. 

Maraqlıdır, Azərbaycanda yanvar və fevral aylarında qar yağışı gözlənilir? 

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli HİT.az-a açıqlamasında bildirib ki, hələlik paytaxt ərazisində qar yağışı müşahidə olunmur:

340642

"Adətən "kiçik çillə" girəndə qar yağır. Düzdür, Şamaxı və Böyük Qafqazın cənub-şərq ətəklərində qar yağdı. Şübhəsiz ki, burada iqlim dəyişikliklərinin də təsiri var. Ona görə də qışın qismən mülayim keçməsini müşahidə edirik. Amma buna Bakı və Abşeron yarımadası ilə qərar vermək doğru deyil. Çünki Bakının yerləşdiyi ərazi səhra və yarımsəhra zonasıdır. Bu səbəbdən də buralarda yağıntıların, xüsusən də qarın düşməsi az olur. Ümumiyyətlə, Bakıda çox nadir hallarda qar yağır". 

Həmsöhbətimiz ölkəmizdə yanvar və fevral aylarında qar yağacağını söyləyib:

"Yanvar-fevral aylarında Bakı və Abşeron yarımadasında və ümumilikdə ölkə ərazisində yağıntılar yağacaq. Qar olmasa da yağış yağıntılarını müşahidə edəcəyik. Ola bilər ki, yanvar ayında qar yağışına şahidlik edərik. Yəni hər il yanvar ayında müəyyən miqdarda çox olmasa da qarın yağması xarakterikdir. Ümid edirik ki, dağlıq ərazilərimizdə yağıntılarımız çox olar".

Pərviz

0