Rasif Bağırov: "Siqaret onu çəkəndən çox həmin adamın yanında dayanana ziyan vurur"

ÖLKƏ
19:14 / 26.12.2023
470

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il 8,7 milyon insanın tütün istifadəsi səbəbindən dünyasını dəyişdiyini açıqlayıb. Məlumatda 1,3 milyon nəfərin siqaret çəkməyən, lakin passiv şəkildə ikinci tüstüyə məruz qalaraq vəfat etdiyi bildirilib.

Tibbi ekspert Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, siqaret onu çəkəndən çox həmin adamın yanında dayanana ziyan vurur:

"Çünki siqaret çəkənin yanında duran şəxs hazır kansoregen maddəni udur. Bu da sağlamlıq üçün çox ciddi fəsadlar törədir: “İnkişaf etmiş ölkələrdə sırf tütün məhsulları istifadəsinə görə ölənlərlə bağlı tədqiqatlar aparılır. Amma bizdə bu istiqamətdə bir araşdırılmanın aparıldığını eşitməmişəm. Buna görə də Azərbaycanda məhz tütünə görə vəfat edənlərin dəqiq sayını göstərmək qeyri-mümkündür. Bu, elmi tədqiqat tələb edən məsələdir. Düşünürəm ki, dünyada il ərzində tütünə görə 8,7 milyondan daha çox insan vəfat edir”.

Sevinc

0