“Azərbaycanda istər seysmik pərdələr, istərsə də binanın alt qatı və sonrakı qatları ilə bağlı vəziyyətə ciddi nəzarət var”.
Bu sözləri Hit.az-a daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspertin sözlərinə görə, Azərbayanda hər tikilən binanın təxminən 70 faizi beton və armaturlardan ibarətdir. Hər mərhələdə aidiyyəti qurumlar tərəfindən yoxlama aparılır, mərtəbələr qaldırılan zaman betonun, armaturun keyfiyyəti, ölçüləri yoxlanılır:
“Binaların alt mərtəbələrinin qeyri-yaşayış sahəsi olması, onun zəlzələyə davamlı olmayacağından xəbər vermir. Bütün mərtəbələrdə sütunlar, kolonlar tikilir, onların daşıyıcı yükləri, ölçüləri bəlli olur. Ehtiyatlı olmaq lazımdır, bütün böyük kənd və qəsəblərdə monitorinqlər aparılmalıdır, çoxmənzilli binalarla bağlı rəylər verilməlidir ki, hansı binalar sökülə bilər".
Sevinc