Son vaxtlarda spirtli içkilərdən zəhərlənmə halları artıb. Hətta bu halların bəziləri ölümlə nəticələnir. Təbii ki, alkoqollu içkilərdən zəhərlənmə səbəbi demək olar ki, hər zaman saxta içkilərlə bağlı olur.
Bəs istehlakçılar içkinin saxta və ya həqiqi olmasını necə ayırd etməlidir?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, alkoqollu içkilər əksər hallarda standartlara cavab vermir:
“Birinci növbədə belə hallar spirtli içkilərin düzgün texniki standartlara uyğun hazırlanmaması ilə bağlıdır. Spirtli içkilərin müəyyən dozası var. Həmin dozanı keçdikdə yuxu effekti yarada, hətta ölümə də gətirib çıxara bilər. Satışda olan içkilərin əksəriyyəti texniki standartlara cavab vermir. Onlar müxtəlif yerlərdə hazırlanmış içkilərdir. Təəssüflər olsun ki, bu məsələ çox nəzarətsizdir. Digər tərəfdən isə spirtli içkiləri qəbul edən şəxslər dozaya məhəl qoymurlar. Bu da ki, orqanizmdə ciddi dəyişikliklər yaradır. Orqanizm dozanı qəbul etmədikdə onu orqanizmdən kənar etməyə çalışır. Qusma, ümumi halsızlıq əlamətləri olur. Bu alkoqol zəhərlənməsi kimi dəyərləndirilə bilər”.
Sevinc