Serialların real həyata təsiri

ÖLKƏ
15:18 / 28.12.2023
602

Sirr deyil ki, bu gün seriallar daha çox baxılan televiziya proqramları sırasında ilk yerlərdə durur. Bir zamanlar Cənubi Amerika seriallarına aludə olan Azərbaycan tamaşaçısının bu marağı  sonralar türk seriallarına daha çox fokslanmağa başlayıb.

Həmin seriallarda ailə məişət problemləri, xəyanət, sevgi, zorakılıq və müxtəlif mövzular təbliğ olunur.

Maraqlıdır, seriallar Azərbaycanda ailə və cəmiyyət  modelinə necə təsir edir və bu təsiri müsbət adlandırmaq olarmı?

Serial asılılığının qarşısını almaq üçün hansı addımlar atılmalıdır.

Psixoloq Könül İsmayılova Hit.az açıqlamasında bildirib ki, serial asılılığı olan insanların mənəviyyatlarında da müəyyən problemlər yaranır. Onlar baş verən xoş hadisələr kimi pis hadisələri də faciə şəkilində yaşayır və öz “mən”lərindən çox uzaq düşürlər:

"Bu gün seriallar cəmiyyətimizdə çox sahəni əhatə edir. Demək olar ki, insanların həyatında hər sahədə öz təsirlərini göstərir. Xüsusilə də insan  psixologiyasında serialların təsiri özünü daha çox biruzə verir. Seriallara baxan qadınlar ilk növbədə, obrazlaşdırılmış xarici görünüşlərə diqqət edirlər. Seriallardakı obrazlar sanki gündə bir geyimdə olurlar, hər zaman baxımlı və heç bir xırda məişət problemləri ilə məşğul olmurlar  və tam sərbəstdirlər. Belə ki, istədikləri vaxt evə gəlirlər və evdən gedirlər. Həmçinin hansı yolla olursa olsun, istədiklərinə nail olurlar. Təbii ki, bu cür görüntülərin yaratdığı təsirlər məişət işləri ilə ⁶məşğul olan qadınların asanlıqla depresiyaya düşməsinə səbəb olur. Onlar öz həyatlarını serialdakı insanların həyatı ilə müqayisə etməyə başlayırlar. Onlar öncəliklə ailə üzvlərinə qarşı soyuq olurlar, öz həyatlarından həzz almamağa meylli olurlar və serialdakı obrazın xəyalını qururlar. 

“Kaş onların həyatı məndə olardı”, düşüncəsiylə yaşamağa başlayırlar. Belə insanlar ətrafı və cəmiyyətə qarşı aqressiv davranır. Eyni zamanda həddindən artıq ideallığa meylli və mövcud vəziyyətlərində hər şeydən şikayətçi olurlar".

Həmsöhbətimiz onu deyib ki, serial asılılığı olan insanların mənəviyyatlarında da müəyyən problemlər yaranır. Onlar baş verən xoş hadisələr kimi pis hadisələri də faciə şəkilində yaşayır və öz “mən”lərindən çox uzaq düşürlər.

Sevinc

0