Son günlər sosia şəbəkələrdĥə və müxtəlif ictimai yerlərdə orqan satışı ilə bağlı elanlar yerləşdirilir.
Xüsusən də böyrək satışına daha çox rast gəlinir. Hətta bu orqanını 40-50-70 min manata təklif edənlər də var.
Qeyd edək ki, pul müqabilində orqan satışı yolverilməzdir və könüllü olsa belə qadağandır.
Bu əməllə məşğul olan şəxslər barədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılır.
Həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib ki, orqan transplantasiyası ilə bağlı qanuna görə, insan öz böyrəyini ancaq qohumuna verə bilər. Onun kənar adama köçürülməsi qanunla nəzərdə tutulmayıb:
"Məlumat üçün deyim ki, tək böyrəyə hər hansı xəstəlik düşərsə, xroniki xəstəliyə yoluxarsa bu, orqanizmdə ciddi fəsadlara yol aça bilər. Böyrəkdə daş əmələ gələrsə və o sidik axarına düşərsə həmin anda o gərək götürülsün. Çünki 1-2 gün daş böyrəkdə qaldıqda kreatin 600-ə qalxır və dializə getməyə məcbur qalır. İki böyrək olanda isə birində daş axara düşdükdə digər böyrək öz funksiyasını yerinə yetirir. Belə olan halda xəstə böyrəkdə müalicəni aparmaq daha təhlükəsiz və rahat olur. Ümumiyyətlə, insanın öz orqanını satışa çıxarması düzgün deyil və bu hala göre həmin şəxs qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilər".
Sevinc