24 saat işləməli olan əczaçı apteklər günün neçə saatını işləmir

ÖLKƏ
20:17 / 28.12.2023
297

Bu gün ölkədə 24 saat işləyən apteklər fəaliyyət göstərir.

 Apteklərin 24/7 işləməsinin səbəbi gecə vaxtlarında kiməsə təcili dərman preparatı lazım olarsa, həmin əczəxanadan əldə edə bilsin.

 Ancaq bəzi əczaxanaların önündə  24/7 işləməsi haqda məlumat lövhəsi qoyulsa da buna əməl edilmir, qapısı bağlı olur.

Qanunvericilikdə qeyd edilir ki, aptekin fəaliyyəti 24/7 formatındadırsa əczaxana müvafiq sayda işçi ilə təmin olunmalıdır. Ancaq buna əməl edilmədiyi üçün 24/7 işlək olması nəzərdə tutulan apteklər gecələr fəaliyyət göstərmir.

Həkim ekspert Pərvanə Mustafava Hit.az-a açıqlamasında deyib ki,hər bir ərazidə bir və ya iki 24/7 saat formatında işləyən aptek olmalıdır. Bu mütləqdir: “Gecə vaxtı hər hansı bir hadisə baş verir və vətəndaş böyük ümidlə 24/7 işlədiyini düşündüyü əczaxanaya gedir və bağlı qapı ilə rastlaşır. Çarəsiz qalan vətəndaş sabahın açılmasını gözləməli olur. O müddət ərzində xəstənin vəziyyətinin ağırlaşmayacağı da Allaha qalıb.  Apteklərin 24/7 işləməməsi vətəndaşların istehlakçı hüquqlarının pozulmasına səbəb olur”.

Həmsöhbətimiz hesab edir ki, 24/7  formatında olan apteklərin gecə işləməməsinin səbəbi əczaçı sayının yetərincə olmaması ilə bağlıdır .

Sevinc

0