Qadağan edilmiş pirotexniki vasitələr necə ölkəyə necə gəlir?

13:18 / 30.12.2023
604

Yeni ilin bayramının qeyd edilməsinə bir gün qalıb. 

Yeni il bayramı ilə bağlı Bakıda pirotexniki vasitələrdən istifadə edənlərin sayı artıb.

Məlumat üçün qeyd edək ki, satışı qanunla qadağan edilmiş, yüksək səsyayıcı qabiliyyətinə malik bahalı pirotexniki vasitələrdən əsasən yeniyetmə və gənclər istifadə edir.

Pirotexniki vasitələrin istifadəsi istirahət edən insanların rahatlığnı pozmaqla yanaşı hətta bəzən xəsarətlə də nəticələnir. 

“Azad İstehlakçılar Birliyinin” sədri Eyyub Hüseynov Hit.az-a şərhində qeyd edib ki, bazarı qorunmayan ölkələrdə bu cür vasitələr özünə tez yer tapır. Bu vasitələr Azərbaycana müxtəlif ölkələrdən qaçaqmalçılıq yolu ilə gətirilir. Onun sözlərinə görə pirotexniki vasitələr yanğına və hətta ölümə səbəb ola bilər. Bu səbəbdən də, vətəndaşlar maarifləndirilməlidir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, bu cür partladanların insanların psixikasına mənfi təsir edir:

“Pirotexniki vasitələri ölkəyə müxtəlif yollarla gətirirlər, sonra da onun satışını qadağan edirlər. qadağa bu cür olmur. Uşaqların bunu partlatmağı xeyli problem yaradır. Bu səslər xəstə, yaşlı adamların psixikasına pis təsir edir. Qəflətən bunların partladılması insanların səksənməsinə, müxtəlif reflekslərin yaranmasına səbəb olur. Əslində bu pirotexniki vasitələr dünyanın hər yerində işlədilir. Amma orada adam kimi işlədilir. Düşünürəm ki, burada əhalini maarifləndirmək daha məqsədə uyğundur nəinki bu cür qadağalar qoymaq”.

Sevinc

0