“Son illər qlobal miqyasda su ehtiyatlarının azalması müşahidə olunur. Transərhəd çayları ilə bağlı mübahisələr, bəzi hallarda münaqişələr yaranır. Azərbaycanın əsas içməli su mənbəyi olan çaylar da transərhəd çaylarıdır. Su reruslarımızın 70 faizi ölkəmizdən kənarda formalaşır.
Son 15 ildə su ehtiyatlarımız xeyli azalıb. Buna səbəb əhalinin və suya tələbatın artmasıdır”.
Bunu “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Hit.az-a şərhində deyib.
E.Cəfərli qeyd edib ki, 90-cı illərdə Aran Qarabağ bölgəsində sıx məskuşlaşma təbii su mənbələrinin, kəhrizlərin, qaynama bulaqların qurumasına səbəb olub:
“Hazırda Azərbaycanın bir sıra bölgələrində fermerlər əkin sahələrinin suvarılmasında böyük problemlər yaşayırlar. Su qıtlığının əsas səbəblərindən biri də suyun bir nöqtədən digər nöqtəyə daşınması zamanı yol verilən itkilərdir.
Ölkəmizin əsas suvarma kanallarından biri olan, Qarabağ və Mil düzlərinin suvarılmasında mühüm rol oynayan 172,4 kilometr uzunluğa malik Yuxarı Qarabağ kanalı topraq məcralıdır. Bu kanal 11 rayonun 130 min hektar əkin sahəsinə xidmət edir. Suyun torpaq məcralı kanallarla daşınması zamanı ciddi su itkisinə yol verilir.
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas faktorlardandır. Ona görə də torpaqların su təminatı üçün ardıcıl tədbirlər görülməli, suvarma şəbəkələri genişləndirilməli, su sistemlərində təmir-bərpa işləri həyata keçirilməlidir. Xüsusən işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağın su şəbəkələrində, su anbarlarında, kanallarında təmir-bərpa işlərinə ehtiyac var.
Su itkisinin yaranmasına səbən olan amillərdən biri də hələ də selləmə suvarma sisteminin tətbiq olunmadıır. Bu gün dünyanın heç bir yerində açıq suvarma yoxdur. Əkin sahələrinin suvarılmasında damcı metodlarından istifadə edilir. Bu metodun tətbiqi ilə suya qənaət edilir, bu da paralel olaraq məhsuldarlığa yüksək təsir edir. Bu gün Azərbaycanda damcı və çiləmə üzrə zavod yoxdur. Bu suvarma üsulu fermerlərimiz üçün əlçatan deyil. Fermer 1 hektar sahəni damcı-çiləmə üsulu ilə suvarmaq üçün 3 min ABŞ dolları xərc çəkməlidir. Yüksək texnologiyalarla təchiz edilmi, məsafədən idarəolunan çiləmə şəbəkəsinin qurulması isə 5 min ABŞ dolları lazımdır. Bu, hesab edirəm ki, Azərbaycan kəndlisi üçün əlçatan deyil. Yaxşı olardı ki, rəsmi qurumlar bu məsələdə fermerlərə dəstək versin”.
Sevinc