Tatu və pirsinqin zərərləri

21:17 / 30.12.2023
564

İllər ötdükcə gözəllik xatirinə müxtəlif üsullar - tatu, pirsinq, botoks, silikon və s. meydana çıxdı. 

Bunlar çox zaman qəbul olunmasa da, yeniliyi və qeyri-adiliyi sevənlərin sayəsində cəmiyyətin gözü bunlara alışmağa başladı. 

Bu gün çox az qadın tapmaq olar ki, süni gözəllik üsullarından istifadə etməsin. Qadınların ən çox müraciət etdiyi üsullardan biri də tatuajdır.

Azərbaycanda da tatu etdirənlər az deyil. Kimisi tatunu gözəllik, kimisi sədaqət rəmzi kimi qəbul edir.

Bəziləri isə sadəcə dəbə uymağa çalışır. Daşıdığı döymənin mənasını bilmək isə ümumiyyətlə, heç kim üçün maraqlı deyil.

Dermatoloq Kənan Rzayev Hit.az-a şərhində deyib ki, dəriyə ən böyük zərbəni elə tatuaj vurur. Çünki iynələrlə işlənilən tatuaj birbaşa dərinin altına müdaxilə edir.

"Tatuirovka geniş sahələrə və qeyri-steril şəraitdə vurulanda toksiki dermatoz əmələ gələ bilər. Bu zaman qan zəhərlənir. Bəzi insanlarda çapıqlanmaya meyllilik var, buna kelloid xəstəliyi deyirlər. Bu cür insanlara tatuaj vurulanda dərinin tamamlığı pozulur, dəridə çapıqlar əmələ gəlir ki, bunlar da kelloid çapıqlar adlanır. Dərinin altına vurulan maddələrin, piqmetnlərin nə qədər təbii olması da şübhə altındadır. Zarafat deyil, düzgün edilməyən tatuaj insanı əlindən, ayağından edə bilər”.

Sevinc

0