Əməkdar artist: "Oğlum xəstə deyil, autizmdir"

ÖLKƏ
14:02 / 30.12.2023
316

"Mənim oğlum xəstə deyil, autizmdir".

Bunu Hit.az-a açıqlamasında Əməkdar artist Elnur Kərimov oğlu Tamellanın xəstəliyindən danışarkən deyib. 

O bildirib ki, ətrafında övladları autizm olan çoxlu sayda valideynlər var:

“Onların hər biri övladlarına görə narahatdır. Mən də 8 ildir ki, hər il özüm oğlumla bağlı bir hesabat hazırlayıram. Həmin hesabatı sosial şəbəkədə paylaşıram ki, övladları autizm olan valideynlər görsün və az da onlarda enerji, sabah inam yaransın”.

Aktyor həmçinin övladının uzun müddətdir müalicə aldığını vurğulayıb.

Azra 

0