Tutuquşunun danışması üçün nə etmək lazımdır?

ÖLKƏ
19:32 / 08.01.2024
474

Danışan tutuquşular hər zaman insanların marağına səbəb olur. 

Çünki bu, bütün tutuquşulara xas olan bir xüsusiyyət deyil. Onlar, bunu insanlar sayəsində öyrənirlər. Əlbəttə ki, bu, çox səbr və zaman tələb edən bir prosesdir. Amma nəticədə tutuquşunun bir neçə kəlimə öyrəndiyini görmək bütün əziyyətlərə dəyir. Bu səbəbdən də bir çox insan bu sevimli quşlara danışmağı öyrətmək istəyir. 

Bəs bunun üçün nələrə diqqət etməliyik? 

Hit.az tutuquşularda danışmağı öyrətmə metodlarını təqdim edir:

Tutuquşunuzun danışmasını istəyirsinizsə, onu körpə vaxtından öyrətməlisiniz. 

Tutuquşunuzla çox vaxt keçirməli və onunla maksimum şəkildə danışmalısınız. Onu danışmağa təşviq etmək üçün çoxlu mahnı da oxuya bilərsiniz. Nəzərə alın ki, tutuquşular çox eşitdikləri sözü təkrarlamağa meyilli olurlar. Əslində danışmalarına da səbəb məhz budur.

Mütəxəssislər qeyd edirlər ki, kəlimələri tutuquşulara körpə uşağa öyrədirmişcəsinə səsləndirmək lazımdır. Həmçinin, maksimum dərəcədə asan sözlərdən istifadə etmək əsas şərtlərdən biridir. Məsələn, ona "su", "yemək" kimi sadə kəlimələri öyrətməyə çalışın.

Beləliklə, tutuquşunuz eyni kəliməni davamlı şəkildə eşitdikcə, onu təkrarlamağa çalışacaq. Öyrənməsini istədiyiniz kəlimələri xüsusi vurğulayaraq və onun diqqətini çəkərək deyin. Çünki tutuquşu onun üçün həyəcanlı və əyləncəli səslənən kəlimələri daha tez öyrənir.

Daha bir nümunə: Əgər quşunuza "salam" kəlməsini öyrətmək istəyirsinizsə, onu əyləncəli və yüksək səslə deməyiniz lazımdır. Həmçinin, eyni kəliməni fərqli tonlarda da təkrarlamaq effektli ola bilir. Tutuquşu bu kəliməni hər dəfə eşitdikcə özü də deməyə cəhd edəcək. Quşunuz kəlimələri dedikcə onu əzizləməli və hədiyyə olaraq yemək verməlisiniz. Bu, onun öyrənmə həvəsinin artmasına gətirib çıxaracaq.

Amma tutuquşu sözü öyrənmədikdə onu cəzalandırmayın. Əks təqdirdə, heç bir söz öyrənməyəcək və sizdən qorxacaq. Onu da unutmayın ki, tutuquşular bəzi günlər nə isə öyrənmək istəməzlər və yorğun olarlar. Elə olan zaman ona təzyiq göstərməyin və dərsi növbəti günə saxlayın.

Pərviz

0