Səhiyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edildi

18:44 / 08.01.2024
240

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi dəyişib.

HİT.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi 11 nəfərdən 9 nəfərə endirilir. Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsi də kollegiyanın tərkibindən çıxarılır.

0