Azərbaycan Ordusu dünyada neçəncidir?

ÖLKƏ
21:07 / 10.01.2024
415

"Global Fire Power" 2024-cü il üzrə dünyanın ən güclü ordularının siyahısını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, siyahı ölkələrin ordularının hərbi bölmələrinin sayı, maliyyə, logistika imkanları və sair kimi 60 individual faktor nəzərə alınmaqla hazırlanıb.

145 ölkənin yer aldığı siyahıya ABŞ başçılıq edir. Rusiya orusu ikinci, Çin üçüncü olub. İlk "onluğ"a həmçinin ardıcıl olaraq Hindistan, Cənubi Koreya, Böyük Britaniya, Yaponiya, Türkiyə, Pakistan və İtaliya daxildir.

Fransa dünyanın ən güclü ordularının ilk "onluğ"una daxil ola bilməyib və 11-ci olub. Qonşu İran ordusu 14-cü yerlə kifayətlənib. İsrail 17-ci, Ukrayna 18-ci, Almaniya isə 19-cu pillədə qərarlaşıb.

Azərbaycan Ordusu 145 ölkə arasında 59-cudur. Qonşularımızdan Gürcüstan 84-cü, Ermənistan 102-ci yeri tutur. 

Siyahıda sonuncu yerləri Benin (141), Somali (142), Surinam (143), Moldova (144) və Butan (145) orduları tutur.

0