Nüfuz alveri edən məmur cərimələndi

ÖLKƏ
11:01 / 12.01.2024
364

Cinayətdə təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin müfəttişi Ramil Həsənova hökm oxunub.

1969-cu il təvəllüdlü məmur Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə təqsirləndirilib.

Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə R.Həsənova 5 min manat cərimə cəzası təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda R.Həsənovun tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri alması qeyd edilmişdi.//qafqazinfo.az

0