Koronavirus yenidən pandemiyaya çevriləcək? - AÇIQLAMA 

ÖLKƏ
15:46 / 12.01.2024
472

"Koronavirusun yeni ştamları birdə əvvəlki kimi ola bilməz".

Bu sözləri Hit.az-a açıqlama verən infeksionist Mərdan Əliyev deyib.

O xatırladıb ki, 2019-2020-ci illərdə insanların orqanizmi bu virusu tanımırdı:

"Ona görə də insan orqanizmi ona qarşı müqavimət formalaşdıra bilmədi. Buna görə isə bəzi xəstələrin vəziyyəti ağırlaşdı və hətta çox sayda ölüm halları müşahidə olunurdu. Amma artıq hər kəsin koronavirusa yoluxub sağladığını deyə bilərik. 

Həmçinin, insanlar sözügedən virusa qarşı peyvənd də olunublar. Bu səbəbdən də koronavirusa növbəti dəfə yoluxanlar onu yüngül keçirirlər. Çünki artıq orqanizmimiz həmin virusu tanıyır və ona qarşı antelləri var".

341651

Həkim qeyd edib ki, bundan sonra koronavirusun yenidən alovlanma və pandemiyaya çevrilməsi ehtimalı yoxdur:

"Təbii ki, koronavirus bəzi ölkələrdə hansısa problemlər yarada bilər. Söhbət bütün vətəndaşların bu virusa yoluxub sağalmadığı ölkələrdən gedir. Peyvənd yoluxmanı zəif keçirsə də, təbii şəkildə yoluxub sağalmaq daha güclü immunitet yaradır. 

Ona görə də koronavirus birdə əvvəlki formada ola bilməz. Yoluxmalarda müəyyən artmalar ola bilər, amma bunu qrip kimi daha yüngül keçirərik. Hətta buna görə xəstəxanaya da müraciət etməyə ehtiyac olmaz". 

Mərdan Əliyevin sözlərinə görə, yeni ştamlar da təhlükəli olmayacaq:

"Koronavirusun yeni ştamları isə sadəcə olaraq onun alt variantıdır. Yeni virus olmadığı üçün orqanizmimiz yenə də onu tanıyır. İmmun sistemi yeni ştamlara qarşı bir qədər zəif təsir göstərə bilər. Buna baxmayaraq, orqanizmimiz yenə də koronavirusu tanıdığı üçün ona qarşı immunitet formalaşdıra bilir".

Pərviz

0