Yeni nazir müavini kimdir? - DOSYE

ÖLKƏ
11:16 / 13.01.2024
428

Xəbər verdiyimiz ki, Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub. Müvafiq sərəncama əsasən, Hidayət Ağanəcəf oğlu Əzimov müdafiə sənayesi nazirinin müavini təyin edilib.

HİT.az xəbər verir ki, Hidayət Əzimov 1985-ci ildə Bakı şəhərində anadan olub. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib.

2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.

Prezidentin 5 mart 2022-ci il tarixli Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

0