Yol polisi moped sürücülərinə xəbərdarlıq etdi

ÖLKƏ
13:43 / 13.01.2024
280

Hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağmurlu hava ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin ​ idarə edilməsində ciddi cətinliklər yaradır.

HİT.az xəbər verir ki, fiziki meteoroloji amillərin, xüsusilə küləyin təsiri nəticəsində​ müvazinətin itirilməsi, eləcə də yol örtüyünün yaş olması ikitəkərli nəqliyyat vasitələrinin aşma və sürüşmə ehtimalını dəfələrlə artırır ki, bu da sürücü və digər hərəkət iştirakçıları üçün real təhlükədir.

DİN-in Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək əlverişsiz hava şəraitində bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir.

0