Naxçıvanda nazir müavini işdən çıxarıldı

ÖLKƏ
18:03 / 14.01.2024
283

Ramin Ramiz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

TNS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. 

Ramin Məmmədov bu vəzifəyə ötən ilin iyul ayında təyin olunmuşdu. 

Qeyd edək ki, Ramin Məmmədov uzun illər Vasif Talıbovun köməkçisi vəzifəsində çalışan, bu gün isə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin köməkçisi funksiyasını icra edən Ramiz Məmmədovun oğludur.

0