Bir ilə 9 vəkilin fəaliyyəti müvəqqəti dayandırılıb

ÖLKƏ
10:45 / 17.01.2024
205

Ötən il Vəkillərin İntizam Komissiyasının 22 iclası keçirilib, 217 qərar çıxarılıb.

HİT.az xəbər verir ki, bu haqda Kollegiyanın illik hesabatında bildirilib.

Hesabatda deyilir ki, müvafiq rəylər əsasında 9 nəfərin vəkillik fəaliyyəti müəyyən müddətə dayandırılıb.

8iş üzrə isə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilməsi qərara alınıb.

0