Siqaret, alkoqol və narkotik kimi zərərli vərdişlər adətən uşaq və gənclərdə bir özəntilik nəticəsində baş verir.
Bu vərdişlər qısa müddətdə asılılıq səviyyəsinə çatır və sonrakı illərdə daha böyük problemlər yaradır.
Bütün dünyada, eləcə də Azərbaycanda tütündən istifadə ciddi problem olaraq qalır.
Psixoloq Könül İsmayılova Hit.az-a bildirib ki, orta məktəblərdə ciddi nəzarət artırılmalı və siqaretin əks-təbliğat mexanizmi gücləndirilməlidir:
“Gənc insanların müəyyən qisminin zərərli vərdişlərə meyillənməsinin və ya aludə olmasının bir sıra mühüm obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər daha çox sosial mühitlə - dəblə, təbliğatla, iqtisadi faktorlarla (məşğulluq, işsizlik, əmək şəraiti, təhsil, həyat səviyyəsi və s.), ünsiyyət formalarının genişlənməsinin yaratdığı informasiya stressləri ilə birbaşa bağlıdır. Subyektiv səbəblər isə müəyyən maraq qrupların qloballaşan dünyada öz dəyərlərini, ziddiyyətli, asosial, fərdiyyətçi düşüncə tərzini formalaşdırmaq istəyi ilə əlaqədardır.
Proses kütləvi xarakter aldığından,informasiya texnologiyaları, “şərti seçim çoxluğu” daha çox insanı, xüsusən, gəncləri özünə daha çox cəlb etdiyindən yeni nəsilin nümayəndələri bunu bir qeyri-müəyyənlik kimi qəbul edirlər. Nəyin doğru, nəyin yanlış olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər”.
Sevinc