Son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub.
Hazırda virus əsasən uşaqlar, şagirdlər və tələbələr arasında yayılır.
Maraqlıdır, distant tədrisə keçməsi qızılcanın sürətlə yayılmasının qarşısını ala bilər?
Təhsil eksperti Kamran Əsədov Hit.az-a şərhində bildirib ki, mövsümi xəstəliklərin, virusların yayıldığını nəzərə alsaq, tədris prosesində məsafəyə ehtiyac var:
“Hər hansı bir yoluxma faktı digər insanlar arasında sürətlə yayılmaya yol aça bilər. Dərs prosesinin ənənəvi formada təşkilinə icazə vermək olmaz, çünki bu təhlükəlidir”.
Ekspert qeyd edib ki, qızılcaya tək məktəblilər deyil, tələbələr də yoluxur:
“Bu səbəbdən də təhsil müəssisələrində tibbi xidmət yüksəlməlidir. Yüngülvari narahatçılığı olan uşaq məktəbə göndərilməməlidir. Belə olarsa yoluxma sayı azalar”
Sevinc