Halal dərman necə olacaq?

ÖLKƏ
19:27 / 17.01.2024
329

Məlum olduğu kimi, “Dərman vasitələri haqqında" qanunun tədbiqi ilə bağlı halal dərman vasitələrinə dair xüsusi qaydalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən halal dərman vasitələrinə dair dövlət standartı qəbul edilib.

Bildirilir ki, bu standart islam qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur.

Standart halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək.

Professor Adil Qeybulla  Hit.az-a açıqlamasında deyib ki, standart dərman istehsalında şəriət qaydaları ilə kəsilmiş və haram buyurulmamış heyvan mənşəli məhsullardan istifadə nəzərdə tutulur:  

“Ərəb mənşəli “halal” termini  məhsulun istehsalı zamanı şəriət qaydalarına uyğun hazırlanmış məhsullara şamil edilir. Bu məhsul qida, dərman və yaxud başqa bir istehsal növü ola bilər. Şəriət donuz ətini və onun digər hissələrindən ayrılan bütün məhsulları haram buyurduğu üçün ondan istifadə halal sayılmır. "Halal” sözü  artıq dünyanın bütün lüğətlərinə  daxil edilib. Məsələn, xaricdə “halal meat” – yəni halal ət yazılır. Müsəlmanlar bilirlər ki, bu, şəriətlə qadağan olunmamış heyvan mənşəli məhsullardan istifadə edilərək, hazırlanan  halal qaydada kəsilib, satış üçün  hazırlanmış ətdir. Dərmanların hazırlanmasında, kapsul və dərman əlavələri heyvan mənşəli məhsullar istifadə oluna bilər”.

Sevinc

0