Heç kimə sirr deyil ki, cəmiyyətimizdə müəyyən qisim gənc qızlar çox tez-tez özlərinə inamlarını itirir və bir çox hallarda bu faciə ilə nəticələnir.
Son zamanlar gənc qızlar arasında intihar hallarının artmasının əsas səbələrindən biri də məhz gənc qızlarda özünə güvənin itirilməsindən qaynaqlanır.
Psixoloq Aynur Əliyeva Hit.az-a şərhində bildirib ki, Azərbaycan cəmiyyətində qızlara, xanımlara münasibətdə ənənəvi olaraq, bir həssaslıq, xüsusi diqqət var.
Bu səbəbdən qızlara münasibətdə etik tələblər, davranış gözləntiləri daha yüksəkdir. Onlardan cəmiyyətdə bir qız kimi əlçatmaz, məsuliyyətli olmaq, Azərbaycan ailəsinə xas ailə dəyərlərini nəsillərdən nəsillərə daşımaq tələb olunur. Bu mənada, müəyyən ictimai qınağın olması başadüşüləndir:
“Bizim ailələrdə valideynlər çox vaxt övladla şəxsi, mənəvi məsələləri və dəyərləri ilə bağlı maraqlanmırlar. Bir ailədə valideynin uşaqdan gözlədiyi tək şey yaxşı oxuması, yaxşı qiymət alması olursa, bundan əlavə valideynlər övladlarının ancaq onların istədiyi adamlarla oturub-dursmasını istəyirsə, bu zaman belə bir mənzərə yaranır. Ailənin uşaq üçün çəkdiyi bir həyat modeli var və övladı o modelə uyğun yaşamalıdır. Çox valideyn uşağının nə istədiyini, ona nəyin rahat olduğunu soruşmur. Bu vəziyyətdə uşaqda belə bir fikir yaranır ki, onun problemlərinin ailəsinə dəxli yoxdur, onları maraqlandırmır. O da çıxış yolu kimi intiharı seçir”.
Sevinc