Aşpazlara ali təhsil vacibdirmi?

ÖLKƏ
20:48 / 18.01.2024
464

Azərbaycanda da aşpazlar ali təhsil ala biləcək. Bu məsələ uzun müddətdir ki, müzakirə olunur.

Maraqlıdır, Azərbaycanda universitetlərdə hansı ixtisaslar peşə təhsili formasında tədris oluna bilər, ümumiyyətlə, aşpaz və bu kimi ixtisasların ali təhsil səviyyəsində tədrisinə ehtiyac varmı?

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanda turistlərə göstərilən bütün xidmət sahələri bir-biri ilə vəhdət təşkil edir: 

“Ölkəyə gələn turist hər hansı iaşə müəssisəsində qidalanırsa və xoşu gəlmirsə, yemək köhnə olursa, bundan ən çox əziyyət çəkən turizm şirkətləri olur. Ona görə də otellər, restoranlar qidalanmaya nəzarət etməli, ölkəyə gələn turistə ən azı iki-üç menyu təklif olunmalıdır. Bu baxımdan otel rəhbərliyi aşpazı işə götürəndə nəzərə almalıdır ki, başqa ölkələrdən turistlər gəlir. Ona görə də aşpazlarımız yerli mətbəxlə yanaşı, Avropa, ərəb, hind, yapon mətbəxini də bilməlidir. Hansısa rayonda bu gün suşi hazırlanırmı? Xeyr! Bunu ancaq Bakıda dada bilərsiniz. Bütün bunları etmək heç də çətin deyil. Amma biz, sadəcə, çoxlu pul qazanmaq istəyirik. Bu da bizi tənəzzülə aparır".

Sevinc

0