Azərbaycanda sabiq deputata 14,9 il həbs cəzası verildi

ÖLKƏ
17:56 / 22.01.2024
333

Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilova yeni hökm oxunub.

HİT.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Dünyamin Xəlilov 14 il 9 ay, Azad Cavadov isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Dünyamin Xəlilovun 15 il, Azad Cavadovun isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Cavadov 10 il 11 ay və Dünyamin Xəlilov isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

0