Məktəblilərə telefon verilməlidirmi?

ÖLKƏ
21:32 / 25.01.2024
369

Son günlər məktəblərdə baş verən neqativ halların şagirdlər tərəfindən telefonla çəkilərək, sosial şəbəkələrdə paylaşılır.

Məktəblərdən yayılan görüntülərdən sonra bir sıra ümumtəhsil müəssisələrində şagirdlərin dərsə mobil telefon gətirməsinə qadağa qoyulması müzakirə edilir. 

Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Hit.az-deyib ki, valideynlər şagirdlərə mobil telefon vermə kimi ənənələrdən müəyyən qədər uzaq olmalıdır.

Bu kimi vasitələr şagirdin həm fikrini yayındırır, həm də internetə çıxışı olduğu üçün müəyyən zərərli informasiyaları görə bilirlər: 

“Şagirdlərə mobil telefonlardan uzaq durma tövsiyyə oluna bilər. Məktəbdə negativ halların qarşısının alınması üçün belə bir qadağa olması doğru deyil. Ümumiyyətlə, məktəbdə negativ hal olmamalıdır. Məktəb təlim və tərbiyə ocağıdır və hər hansı bir xoşagəlməz hadisələr olmamalıdır. Bu cür qadağalar çıxış yolu deyil. Biz şagirdlərə mobil telefonların zərərlərini izah etsək, bəlkə də onlar özləri telefondan istifadən imtina edəcək”.

Sevinc

0