Zəlinin faydası varmı?

ÖLKƏ
18:48 / 25.01.2024
838

Əksər insanlar xəstəliyin müalicəsində təbii üsullara üstünlük verirlər. Bu üsullardan biri də zəli terapiyasıdır.

Zəli terapiyasının faydaları və fəsadları hansılardır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a bildirib ki, zəli terapiyasının bir çox xəstəliklərin sağalmasında müsbət təsirə malikdir:

 “Zəli bədənə 105-ə qədər ferment ifraz edir. Zəlidəki apiraza fermenti bədəndə olan iltihabı prosesləri tənzimləyir. Bu canlının ağız suyunda hirudin deyilən maddə var. Hirudin qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür. Həmçinin, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır. Hirudin eyni zamanda qan damarlarında yüksək təzyiqi azaldır. Zəli terapiyasında müəyyən məhdudiyyətlər var və bu üsul hamıya tətbiq oluna bilməz. Hamilə qadınlara, onkoloji xəstələrə zəli qoymaq olmaz. Zəli qanı durultduğundan qan təzyiqi aşağı olanlar üçün təhlükə yarada bilər. Qan azlığı və qan laxtalanması problemi olan xəstələrin də bu üsuldan istifadə etməsi düzgün deyil. Zəlinin qoyulduğu nahiyyədən qan axdığına görə qan azlığı olan insanlar bunu nəzərə almalıdır. Eyni zamanda, 14 yaşa qədər olan uşaqlara zəli qoyulması məqsədəuyğun hesab olunmur.  Digər şəxslərin zəli ilə müalicə almasında problem yoxdur”.

Sevinc

0