Yuxusuzluğa səbəb olan nədir?

ÖLKƏ
21:27 / 26.01.2024
545

Hazırda insanların üzləşdiyi ən böyük problemlərdən biri yuxusuzluqdur. 

Müasir dövrdə insanların həyat tərzi, iş rejimi və ictimai problemləri onların yuxu rejimlərinə mənfi təsir edir. 

İlk baxışdan adi hal kimi görünən bu problem əslində insan həyatını risk altında qoyan ən böyük xəstəliklərdən biridir.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, yuxusuzluq insanı uzun müddət narahat edirsə, bu ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Nevrotik pozuntular (gərginlik, fobiya, təşviş pozuntuları, depressiya və s.) yaranır, yaddaş itkisi, neyrodegenerativ xəstəliklər (məsələn, altsheymer xəstəliyi), ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, immun sisteminin disfunksiyası, hormonal disbalans riski artır: 

“Yuxu orqanizmin bərpası üçün zəruri olan təbii bioloji prosesdir. Sağlam insan yuxusu orta hesabla sutkada 7-8 saat davam etməlidir. Normalda yuxu gecə saatlarında olmalıdır. İdeal olaraq, insan axşam saat 22:00 ilə 23:00 arasında yatmalı və 3-5 dəqiqə ərzində yuxuya getməlidir. Bu, sağlam yuxu üçün ən optimal vaxtdır. Bu zaman stres hormonu olan kortizolun səviyyəsi azalır, melatonin (yuxu hormonu) isə əksinə yüksəlməyə başlayır. Yuxusuzluğun medikamentoz müalicəsi mütləq həkim tərəfindən təyin olunmalıdır, çünki bəzi dərmanlar arzuolunmaz yan təsirlərə səbəb ola bilər. Məsələn, intoksikasiya, daxili orqan və sistemlərin zədələnməsinə gətirib çıxara bilər”.

Sevinc

0