Sonsuz ailələrin sayı artır - Səbəb nədir?

ÖLKƏ
19:49 / 01.02.2024
442

Son illər yeni evlənən cütlüklərin demək olar ki, 60-70%-i uşaq dünyaya gətirmək üçün həkimə müraciət edirlər.

Gənclər arasında sonsuzluğun bu qədər geniş yayılmasının səbəbləri nədir? Bu problem qidalanma, ya da ekoloji problemlərlə əlaqədar ola bilərmi?

Həkim-ginekoloq Pərvanə Mustafayeva Hit.az-a şərhində bildirib ki, sonsuzluğun 50 faizinin səbəbi bilinmir, digər 50 faizinin səbəbi isə hormonal problemlər, anatomik qüsurlar, boru keçməməzliyi, kişi sonsuzluğu, autoimum problemləri ola bilər:

 “Ötən illərlə müqayisədə sonsuzluğun sayı artıb. Buna da stress, qida, atmosferdə olan müxtəlif problemlər səbəb ola bilər.  Qadın problemləri ildən-ilə çoxalır, hormonal metabolik problemlər artır. Metabolizm pozulur və bu, artıq çəki ilə nəticələnir.Gündəlik stress qadınların sinir sisteminə mənfi təsir edir. Onun mayalanma prosesində bilavasitə iştirak edən daxili orqanlarının funksiyasını pozur. Bu da tədricən sonsuzluğa gətirib çıxarır. Onu da deyim ki, iltihabi xəstəliklər nəticəsində yaranan sonsuzluq zamanı müəyyən müalicə kursundan sonra hamiləlik mümkündür. Sonsuzluğa qarşı aparılan ginekoloji müalicə ilə yanaşı, psixoloq məsləhəti də çox vacibdir. Müalicə paralel aparılanda nəticəsi də yaxşı olur”.

Sevinc

0