Əməkdar jurnalist vəfat etdi - FOTO

ÖLKƏ
09:02 / 02.02.2024
359
Əməkdar jurnalist Rəhman Orxan vəfat edib.

"Report"un Sumqayıt bürosu məlumat verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesabında paylaşım ediblər.

Jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2001-2013-cü illərdə "Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Əməkdar jurnalisti fəxri adına layiq görülüb.

Rəhman Orxan Şəki rayonu Sarıca kəndində dəfn olunacaq.
 

1