Uşaqlar arasında pəncə yerişinin səbəbi...

ÖLKƏ
21:56 / 02.02.2024
551

Uşaqlar arasında pəncə, barmaq uclarında gəzmələrin artmasının səbəbini həkimlər müxtəlif cür izah edirlər.

Həkim-pediatrların böyük əksəriyyəti qeyd edirlər ki, axır illər uşaqlarda müşahidə edilən bu təhlükəli vəziyyətlə bağlı tez-tez valideynlər tərəfindən müraciət alırlar.

Pediatr Mətanət Əliyeva Hit.az-a bildirib ki, uşaqlar arasında ayaq barmaqları ucunda yerimə halları geniş yayılıb və bu bir patologiyadır. Bu əsasən uşaqların əsəb sistemində olan oyanıqlıqla bağlıdır:

"Uşaq müəyyən bir yaş dövründən sonra pəncəsini tam olaraq yerə oturtmalıdır. Əgər ayaq pəncələrini tam oturtmursa, onların əzələ tonusunda da müəyyən problemlər ola bilər. Bunun digər səbəbi də uşaqların vaxtından tez “gəzdirici”yə qoyulmasıdır. Tövsiyə edərdim ki, analar uşaqlarını 10 ayından sonra, ilk addımlarını atdığı zaman “gəzdiriciyə”  qoysunlar, bundan əvvəl olmaz. Təəssüf ki, bizim valideynlər uşaqları “gəzdirici”yə vaxtından tez qoyurlar”.

Həmsöhbətimiz onu da əlavə edib ki, pəncə yerişi  6, 7, 8 yaşlı uşaqlarda da bu hal müşahidə edilir. Bunun birbaşa nevroloji problemlə əlaqədardir.

Sevinc

0