Polis Sumqayıtda əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO

ÖLKƏ
19:10 / 04.02.2024
338
Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar.
 
Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.
 
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının Corat qəsəbəsində həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Sərdar Heydərov saxlanılıb.
 
Ondan bir ədəd "Kalaşnikov” markalı avtomat silah, bir ədəd patron darağı və 36 ədəd patron aşkar olunaraq götürülüb.
 
Həmçinin, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB əməkdaşları tərəfindən son bir neçə gündə keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, evlərdən və avtomobillərdən oğurluqlar edən iki nəfər də saxlanılıb.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
 

0