Xoşbəxt bir ailə üçün bir çox şərt var. Bunlardan ən önəmlisi isə cütlüyün cinsi həyatdan məmnun olmasıdır. Xoşbəxt cinsi həyat üçün cinsi istək lazımdır.
Ancaq müasir həyatın gətridiyi bir sıra problemlər insanların cinsi gücünü azaldır və bir çox insanda cinsi istəksizlik yaranır.
Androloq Ramiz Abdullayev Hit.az-a deyib ki, qadınların belə problemlər yaşamasına əsas səbəbkarlar kişilərdir:
"Kişidə cinsi əlaqəyə girmə ehtimalı 2 dəqiqənin ərzində ola bilir. Ancaq qadında bu məsələ bir az başqa cürdür. Qadında ön sevişməni bir az uzatmaq və onu cinsi fəaliyyətə hazırlamaq lazımdır. Bu hazırlığın olmaması qadını incidir və qadında cinsi əlaqəyə nifrət yaradır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan qadını bir az fərqli düşünür. Cinsi əlaqədə bir az utancaqdırlar. Qadınlarda cinsi istəksizliyin olması hər hansı bir xəstəliyin nəticəsi olaraq yaranır. Əgər məsələ psixoloji deyilsə, öncə həmin xəstəlik müalicə olunmalıdır”.
Sevinc