Kofe içmək təzyiqi qaldırır, yoxsa...

ÖLKƏ
23:00 / 08.02.2024
5395

Arterial təzyiqi aşağı olan insanlar bunu aradan qaldırmaq, təzyiqi yüksəltmək üşün kofe içirlər.

Bəs bu nə dərəcədə doğrudur? 

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az- a şərhində bildirib ki, qəhvə və çay içmək qan təzyiqini artırmır.

Düzgün miqdarda istehlak edilən şəkərsiz çay və qəhvə tərkibindəki flavonoid adlı antioksidant sayəsində ürək və damar quruluşuna müsbət təsir edir:

"Bununla belə, çay və qəhvənin həddindən artıq istehlakının hipertoniya riskini artırdığını söyləmək olar, çünki tərkibindəki kofein ürək döyüntüsünün və qan təzyiqinin artmasına səbəb olur. Bu cür kofeinli içkilərin istehlakını gündə iki stəkanla məhdudlaşdırmaq qan təzyiqinə nəzarət üçün vacibdir. Qəhvə içənlərdə diabet, yüksək təzyiq və depressiya içməyənlərlə müqayisədə daha az olur. Bundan başqa qəhvə içənlərin daha çox yaşadığı iddia edilir".

Sevinc

0