Ailə daxili qətllər niyə artır?

ÖLKƏ
19:38 / 09.02.2024
478

Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini,  1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat yayıb.

Bu kimi faktlar göstərir ki, son günlər Azərbaycanı ailə faciələri bürüyüb. 

"Vəfa" Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, bu cür aqressiv qətllərin kökündə ciddi sarsıntılar, uşaqlıq travmaları və çox az qisim də olsa, maddi problemlər dayanır: 

"Maddi problemlərin, qayğıların əlində əsir olan kişilər bir çox halda bunun acığını məişətdə, öz xanımından çıxır. Evdə olan hər bir kiçik söhbət böyüdülür, münaqişə və ardınca aqressiv qətllə yekunlaşır. Boşanmış qadının əri tərəfindən qətlə yetirilməsi belə az qala adi hal kimi qarşılanır. “Yəqin əxlaqsız bir hərəkət etmişdi ki, öldürüldü” kimi “izahatlar” onları nisbətən haqlı duruma salır".

Birlik sədri hesab edir ki, cəmiyyətdə ictimai qınaq olmasa, bu kimi şiddət doğuran hallar arta bilər: “Maarifləndirmə işləri artırılmalıdır. Gənclərin şiddətə meyillənməsinin qarşısı alınmalıdır. Qanunlar burada güclü olmalıdır. Əks təqdirdə insanın şiddət törətmək həvəsi, bəhanələri artacaq".

Sevinc

0