Azərbaycanlı LGBTİQ+ nümayəndəsi ölümlə hədələnir

ÖLKƏ
11:31 / 13.12.2022
67

Azərbaycanlı gənc fəal qohumları tərəfindən ölümlə hədələndiyini bildirib. 2022-ci ilin 13 dekabrnda redaksiyamıza müraciət edən Xəlilli Elzamin oğlu bildirib ki, onu cinsi orientasiyasına görə qohumları ölümlə hədələyir.

Xəlilli Elzaminin sözünə görə qohumları bildirib ki, onlara yaxın bir insanın homoseksual olması onlar üçün dözülməz haldır:

"Məni dəfələrlə təhdid ediblər. Son dəfə isə hətta fiziki şiddət dəgöstərdilər. Saatlarla məni döydülər. Təhqir etdilər. Bir neçə qohumum bildirdi ki, bu onların mənə son xəbərdarlığıdır. Bundan sonra yenə də bu yolu davam etdirsəm məni öldürəcəklərini bildirdilər".

Xəlilli Elzamin bildirib ki, buna görə bir neçə təşkilata da müraciət edib:

"Bildiyiniz kimi ortada tanınmış LGBTİQ+ nümayəndəsi, blogger Əvəz Hafizli keysi var. Onu da əmisi oğlu LGBTİQ+ fərdi olduğuna görə 2022-ci ilin fevral ayının 22-də başını kəsərək öldürmüşdü. Və cinayətkar peşman olmadığını bildirmişdi. Çox təəssüf ki, cəmiyyət də buna müsbət reaksiya verdi. Cinayətkarı qəhrəman etmişdilər. Buna görə də çox qorxuram. Düşünürəm ki, bu hadisə mənim də başıma gələ bilər".

0