Qıcolma zamanı bunu etmək olmaz - Nevropotoloq

ÖLKƏ
11:04 / 13.02.2024
347

Çox zaman epilepsiya xəstələrində qıcolmalar zamanı ətrafdakı insanlar özlərini itirir, necə gəldi yardım etməyə çalışırlar. Lakin doğru olmayan ilk tibbi yardım xəstəyə daha çox zərər verir, onun xəsarət alması ilə nəticələnir.

Bəs epilepsiya tutması olan xəstəyə necə doğru yardım etmək olar?

Hit.az-ın bu sualını nevropotoloq həkim Tamara Eyvazlı cavablandırıb. 

Həkim bildirib ki, ona müraciət edən epilepsiya xəstələrinin çoxu yanına gələrkən dili zədələnmiş və ya dişi qırılmış halda gəlirlər. Buna səbəb də xəstə yaxınlarının onların dişini taxta və ya dəmirlə zorla açmaq cəhdləridir:

“İnsanın üz əzələsində 300-500 kiloya qədər təzyiq göstərmək gücü olur. Əgər qıcolmuş adamın çənəsi bərk- bərk bağlanıbsa onu heç güclü idmançı da aça bilməz, açsa belə həmin adama ziyan vurmuş olar. Sadəcə xəstəni yerə uzandırmaq, mümkünsə başının altına yumaq bir şey qoymaq lazımdır ki, başını yerə çırpıb əzməsin. Dilin qatlanıb boğaz yolunu tutacağına, udulacağına dair fikir mifdir. Qıcolma tutması keçdikdən sonra xəstə özü qeyri-iradi şəkildə dilini bayıra çıxarır.Tonik faza vaxtı xəstə onsuz da tənəffüs eləmir. Tonik faza keçdikdən sona xəstə özü ayılır. Bunun üçün kənardan sərt və lazımsız müdaxilə etmək olmaz”,- deyə həkim bildirib.

Tamara Eyvazlı hər hansı bir səbəblə özündən gedən insanlara ilk yardım göstərilən zaman nələrə diqqət edilməsindən də danışıb:

“Hansı səbəbdən  olursa olsun, istənilən ürəkgetmə ona görə baş verir ki, beyinə qan  işləmir,qanla təchizolunma dayanır. Ürəyi gedən, başı hərlənən adamın beyninə qan normal işləsin deyə, onu uzandırmaq, ayağının altına bir yastıq qoyub, ayağını yüksəkdə saxlamaq lazımdır”. 

“Stressli bir xəbər alan adam özündən gedibsə onu oyandırmağa çalışmayın. Uzandırın, təmiz hava almasını təmin edin. Beyin özünü qoruaq üçün bayqınlıq halı yaşanır. Sadəcə nəbzinə diqqət edin. Bir neçə dəqiqədən sonra xəstə ayılacaq”,- deyə həkim bildirib.

Murad

0