Dönərdən niyə zəhərlənirik?

ÖLKƏ
22:30 / 14.02.2024
336

Məlum olduğu kimi, Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.  Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, zamanla dönərdən zəhərlənmə hadisəsi qeydə alınır. 

Qida eksperti Soltan Ağayev Hit.a-a deyib ki, dönərə əlavə edilən inqrediyentlər normal halda zəhərlənmə verməməlidir. Bunun da əsas səbəbi saxlanma şərtləri ilə bağlıdır: 

"Ət. eləcə də inqrediyentlər saxlanarkən tərkib dəyişkənliyinə məruz qalır və əmələ gələn "toksin" birləşmələr qida zəhərlənməsi yaradır. Düzgün və normal şəraitlərdə saxlanmama, "kimyəvi" çirklənmələr və bu kimi digər səbəblər qida məhsullarından istifadə zamanı zəhərlənmə faktorunu şərtləndirə bilər”.

Sevinc

0