Uşaq bezləri təhlükəlidirmi?

ÖLKƏ
19:40 / 16.02.2024
240

Müxtəlif firmaların məhsulları olan körpə bezləri həm təmizlik, həm də gecələr rahatlıq baxımından analar üçün çox əlverişli vasitədir. 

Zamanla uşaq bezlərinin mənfi təsirləri ilə bağlı müxtəlif fikirlər səslənir. 

Pediatr Mətanət Əliyeva Hit.az-a bildirib ki, bezin istifadəsi qaydalarına düzgün riayət olunursa, problem yaranmaz:

“Pamperslərin zərərli tərəfi odur ki, bəzi analar onu vaxtında dəyişmir. Bu da gələcəkdə bəzi problemlərə yol açır. Məsələn, qız uşaqlarında pampers vaxtında dəyişdirilməsə, nəcisdə olan mikroblar uşaqlıq yoluna keçərək, uşaqlığın iltihabına səbəb ola bilər. Bundan başqa, oğlan uşaqlarında isə daha çox xayalarda problem yarana bilir. Xaya aşağıda yerləşdiyi üçün dolmuş pampers xayanı sıxaraq inkişafdan saxlaya bilər”.

Sevinc

0