Türkəçarə ilə sağalmaq olar?

ÖLKƏ
23:19 / 16.02.2024
306

Hazırda ölkəmizdə tüğyan edən qripin də vaxtilə türkəçarələri mövcud olub.

Maraqlıdır, doğrudan da bu türkəçarələr xəstəliyi müalicə edirmi? 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a deyib ki, ev şəraitində aparılan müalicələr xəstələrə ziyan verir:

“Əslində bizim türkəçarə dediyimiz sahə böyük elmi əsası olan qədim türk təbabətidir. Bu elmi cəhətdən əsaslandırılmalıdır. Əvvəllər farmakologiya və xalq təbabəti birliyi vardı. Onlar çox yaxşı işləyirdi. Əslində burada bu məsələlər araşdırılmalı, elmi cəhətdən əsaslandırılmalı və müxtəlif dərman otlarının, vasitələrinin, zəlidir və digər qatışıqlardır ki, hansı ki onlar türkəçarə adı altında işlədilir onların bir resepti verilməlidir. Yəni kor-koranə ev şəraitində kimdən nə eşidib onun tətbiq etmək düzgün deyil. Bəzən soyuq nəsə qoyulmalı yerə xəstələr isti qoyur. Yəni insanların bununla bağlı təsəvvürləri çox vaxt yanlış olur. Ona görə də hesab edirəm ki, insanlar özbaşına müalicə ilə məşğul olmamalıdır".

Sevinc

 

0