Uşaqlarda qurd xəstəliyi

ÖLKƏ
22:32 / 21.02.2024
344

Qurd xəstəlikləri uşaqlar arasında da geniş yayılıb

Daha doğrusu qurd xəstəliklərinə daha çox azyaşlılarda rast gəlinir. 

Qurd xəstəliyi necə yaranır? Yoluxma necə baş verir? Qurd olduqda hansı əlamətlər yaranır?

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd xəstəliklərinə yoluxurlar: 

“Uşaqların qurd xəstəliyinə yoluxma səbəbi gigenik qayda pozğunluğudur. Əl yumamaq, yerə düşən qidanı yemək, ələ keçirilən hər əşyanın ağıza aparmaq, dırnaqların tez-tez tutulmaması, yaxşı bişməmiş, çiy ətdən hazırlanan qidalar, yaxşı yuyulmamış meyvə-tərəvəz, göyərti, fast-food qidalar uşaqlarda qurda yoluxma hallarını çoxaldır. Ən çox dırnaq yeyən, barmaq əmən uşaqlarda bu xəstəliyə rast gəlinir. Bu xəstəliyin müalicəsi olduqca asandır. Həkimin dediyinə əməl etməklə qurd xəstəliyindən azad olmaq olar”.

Sevinc

0