Agentliyə yeni sözçü təyin edildi

ÖLKƏ
16:30 / 22.02.2024
243

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin edilib.

HİT.az xəbər verir ki, müvafiq əmrlə Leyla Lətifova sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, L.Lətifova 5 il həmin qurumun ictimaiyyətlə əlaqələr sahəsində çalışıb.

0