“Happy Smile” MMC qanunsuz tibbi fəaliyyətdə ittiham edilir

ÖLKƏ
17:54 / 23.02.2024
211

“Happy Smile” MMC barəsində inzibati iş başlanıb.

Hit.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə ittiham olunur. 

İşə Nəsimi Rayon Məhkəməsinə baxılacaq. 

215.1-ci maddəyə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Anar

0