Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi

ÖLKƏ
18:12 / 23.02.2024
248

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb. 

HİT.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, ötən gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb.

Sayt onun səhhəti ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, R.Kərimoğlu bu gün saat 13:00 radələrində Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Ona kantuziyadan qaynaqlanan yüksək təzyiq, davamlı burun qanaması diaqnozu təyin edilib. 

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

0