Sabah toyu olacaqdı... - Qəzada öldü

ÖLKƏ
21:25 / 23.02.2024
338

Ötən gecə Yevlax rayonu ərazisində ağır yol qəzası baş verib.

Qaraoğlan kəndi ərazisində Şəki rayonunun Böyük Dəhnə kənd sakini 1996-cı il təvəllüdlü Elnur Şubay oğlu Abdullayevin idarə etdiyi “Opel” markalı avtomobil “Mercedes” markalı yük maşınına çırpılıb.

Nəticədə 28 yaşlı E.Abdullayev aldığı ağır xəsarətlərdən vəfat edib. Yaxınlarının sözlərinə görə, Elnur Abdullayev nişanlı imiş və Şəkiyə toyu ilə əlaqədar gedirmiş. Sabah onun qız toyu keçiriləcəkmiş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

0
Qafqazinfo