"Homoseksuallıq həyat tərzi yox, xəstəlikdir" - Həkim rəyi

ÖLKƏ
22:20 / 26.02.2024
307

Son illər bütün dünyada homoseksullıq, transgenderlik haqqında kifayət qədər danışılır, hətta belə demək mümkünsə, üçüncü cinsin nümayəndələri reklam edilir. 

Avropanın bir neçə ölkəsində eynicinslilərin nikahına rəsmən icazə verilir, bu barədə kifayət qədər çox eşitmişik. 

Məşhur simalar arasında da kifayət qədər eynicinsli münasibətlərdə olanlar var. 

Bir çoxları homoseksualları sağlam insan hesab eləsələr də, həkim Rəna Mehdiyevanın fikrincə onlar xəstədirlər.

Həkim  HİT.az-a verdiyi açıqlamada çoxlarının dövrün tələbi ilə özünü homoseksual adlandırdığını bildirib.

“Biz həkimlər insanı sağlam formada görmək istəyirik. Həkimlər orqanizmdə hər şeyin qaydada olduğunu görəndə bunu norma kimi qəbul edirlər. Homoseksuallıq isə bildiyimiz normativləri aşıb keçir. Tibbi baxımdan qadın orqanizmində testesteron, kişi orqanizmində də estrogen  hormonu çoxluq təşkil edirsə, orqanizm qarşı cinsə bənzəməyə başlayır. Qadınlarda tüklənmə, səsin və bədənin kobudlaşması, kişilərdə əksinə tüksüzlük, qadın kimi sinə böyüməsi halları yaranır. Kişilərin cinsi gücü  azalır. Həmcinsinə qarşı seksualı istək hiss etmək həm hormonal, həm psixoloji pozuntular nəticəsində meydana çıxır. Xüsusən yeniyetməlik dövründə yaranan belə pozuntular sonra normaya dönə və ya ömürlük qala bilər. Ona görə, valideynlərdən uşaqların yeniyetməlik çağlarına diqqət etmələri tələb olunur. Müasir dövrdə insanların sosial şəbəkələrdə gördükləri homoseksualların çoxu bəlkə də əslində homoseksual deyillər. Onlar diqqət çəkmək və pul qazanmaq üçün bu yola  gedir, çox zaman özlərini belə göstəririlər. Bu artıq sırf tələb və tələbat məsələsinə çevrilib, mənəvi çöküntünün nişanəsidir. Homoseksual şəxslərin ilk növbədə endokrinoloq və psixoloq müayinəsindən keçməsi vacibdir”,- o bildirib.

Murad

 

0