Çörək israfının qarşısı necə alına bilər?

ÖLKƏ
19:53 / 26.02.2024
320

Çörəkdən istifadəyə görə Azərbaycan dünya ölkələri arasında liderlər sırasındadır.

Bəli, çörək bizim qida rasionumuzun əsasını təşkil edir.

Çörəyi bu qədər çox istifadə edən və qiymət verən xalq olmağımıza baxmayaraq, zibil qabları ətrafında, yol kənarlarında tez-tez çörək parçaları görməyimiz, olduqca təəssüfləndirici haldır.

Bəs bu qədər dəyər verdiyimiz qidaya qarşı biganə yanaşmağımızın, israf etməyimizin səbəbləri nədir?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, əhalinin çörəkdən düzgün istifadəsi ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Bununla yanaşı, artıq çörəkləri toplayıb müxtəlif cür dəyərləndirən sənaye mərkəzlərinin olması da məsələnin həllində rol oynaya bilər:

 “Çörək israfının başlıca səbəbi ehtiyacdan artıq alınmasıdır. Buna saxlamaq qaydasına əməl etməmək də əlavə olunanda bayatlaşan ya da kiflənən çörək zibilliyə atılır. Çörək israfının başlıca səbəbləri olaraq – onun ehtiyacdan çox alınmasını, çörəyin üstü açıq və ya qabsız formada təqdim edilməsini, sobalarda ehtiyacdan çox bişirilməsini, çörəyin uyğun olmayan şərtlərdə mühafizə edilməsini, boyat çörəyin qiymətləndirilmə üsulları haqqında məlumat sahibi olunmamasını göstərmişlər”.

Sevinc

0